Yuxarı

Eldəniz Elgün Roma Papasına müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Eldəniz Elgün Roma Papası Fransiskə müraciət yazıb.

Axar.az xəbər verir ki, jurnalist Papadan iki günahsız azərbaycanlının həyatını xilas etməyi xahiş edib.

Məktubda deyilir:

"Hörmətli Papa həzrətləri! Həzrəti İsanın dediyi bu sözlərlə başlayıram Sizə müraciətimi: "Siz ancaq sizi sevənləri sevsəniz, bunun kimə nə xeyri olar ki!"

Sizin Roma Papası olaraq insanlara sevgi aşılamağınız Vatikanın dünyada gücünü daha da artırdı. Sevgi və Ümid işığını Roma Papası olaraq 12 günahkarın ayağını öz əllərinizlə yuyub öpəndən sonra daha da gücləndirdiniz. Elə bu ruhla Sizə müraciət edərək, iki günahsız insanın həyatını xilas etməyinizi xahiş edirəm. Bunu yalnız Siz, içi inamla zəngin Roma Papası edə bilər. Söhbət Ermənistanda məhbəsdə inləyən soydaşlarımdan, iki günahsız Azərbaycan vətəndaşından - Şahbaz Quliyev və Dilqəm Əsgərovdan gedir.

Adı çəkilən hər iki mülki şəxs 2014-cü il iyulun 11-də hazırda işğal altında olan AzərbaycanIn Kəlbəcər rayonuna keçərək, öz dədə-baba qəbiristanlıqlarını ziyarət etmişdilər. Məhz bu məqamda Ermənistan ordusu tərəfindən girov götürülən hər iki şəxs uzun müddətdir ki, işgəncələr altında saxlanılır. Tək günahları isə budur ki, hər iki şəxs ata-anasının, doğmalarının məzarlarını ziyarət etmək istəyib. Sizcə, hansı dində qəbir ziyarət etmək cinayət sayılıb, cinayət sayılır? Özü də heç bir sərhəd qanununu pozmayaraq, vətəndaşı olduğu öz dövlətinin ərazisində.

Bu günə qədər beynəlxalq təşkilatların çoxsaylı müraciətlərinə baxmayaraq, bu günahsız insanları azad etmək mümkün olmayıb. Yaxın zamanlarda isə Siz onların girov saxlandığı Ermənistana səfər edəcəksiniz. Bilin ki, İrəvan küçələrində addımlayanda hər iki şəxsin imdad dolu baxışları Sizi hər dəqiqə, anbaan izləyəcək, Sizə uzatdıqları əllərindən tutub, o bataqlıqdan çıxarılacaqlarını gözləyəcəklər.

Bu səbəbdən Sizə müraciət edirəm ki, xristian dünyasının bir lideri olaraq hər iki azərbaycanlının, adi, mülki insanın girovluqdan, əsirlikdən azadlığa buraxılmasını tələb edəsiniz. Əminəm ki, bu səfəriniz zamanı iki günahsız insanı ölümdən, girovluqdan azad etsəniz, BÜTÜN İNSANLIQ SİZİN ƏLLƏRİNİZDƏN ÖPƏCƏK.

Tanrı köməyiniz olsun".

Tarix
2016.06.13 / 13:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla