Yuxarı

Azərbaycanda ilk: Bu jurnal çap olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan "Multikulturalizm" jurnalı işıq üzü görüb.

Fondun mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, jurnalda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi", Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin "Точная идеологическая цел-мультикультурализм", Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin "Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək…", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur" məqalələri yer alıb.

Bundan başqa, jurnalda tanınmış yazarlar - Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə Qurbanlının müxtəlif mövzularda maraqlı yazılarını, Alikin, Feyziyyənin, Günel Şamilqızının, Rəbiqə Nazimqızının şeirləri də yer alıb.

Jurnalın "Höte zalı" bölməsində Amerika yazıçısı Harri Harrisonun "Aşkelon küçələri" fantastik hekayəsi çap edilib.

Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. "Multikulturalizm" jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.

Tarix
2016.06.13 / 13:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla