Yuxarı

Əkbər Qoşalı daha bir ödül aldı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 90-cılar ədəbi nəslinin tanınmış nümayəndəsi, Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı qardaş Qazaxıstanın ünlü "Jalın" dərgisinin Töleqen Ayberqanov adına medalına layiq görülüb.

Axar.az xəbər verir ki, bu barədə qərarı dünyaca ünlü qazax ədibi, "Jalın" ədəbiyyat dərgisinin baş redaktoru Muxtar Şaxanov imzalayıb.

Ə.Qoşalı "Jalın"da 2015-ci ildə dərc olunmuş silsilə şeirlərinə ("Ak parakka könlimidi jazayın") görə layiq görülüb. Şeirləri qazaxcaya Sayat Kamşıqer çevirib.

Medalı "Jalın"ın Bakıda səfərdə olan əməkdaşı Erkinbek Serikbay təqdim edib.

Onu da əlavə edək ki, azərbaycanlı yazar Türk Dünyası ədəbi gəncliyi arasında əməkdaşlığa verdiyi töhfələrə, qardaş xalqlar ədəbiyyatının təbliği sahəsindəki xidmətlərinə görə bu günlərdə Özbəkistanın nüfuzlu "Kitab Dünyası" ədəbiyyat-sənət qəzeti və Tatarıstan Kitab Nəşriyyatı tərəfindən də "Fəxri Fərman"larla təlfif olunub.

Tarix
2016.06.13 / 16:47
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla