Ana səhifə İdman |
17:25
Bu gün Avro-2016-nın D qrupunda növbəti oyun keçirilir.
Axar.az xəbər verir ki, Tuluza şəhərində baş tutan matçda İspaniya millisi Çexiyanı qəbul edir.
Ötən çempionatın qalibi olan Visente del Boskenin komandası görüşün favoriti sayılır.
***
İspaniya-Çexiya qarşılaşmasının ikinci hissəsi başladı.
19:15
Matçın ilk hissəsində tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb, oyunun ikinci hissəsində də çoxsaylı qol vəziyyətləri yaradan ispaniyalılar yalnız oyunun sonuna yaxın Çexiya komandasının müqavimətini qıra biliblər. Qarşılaşmanın 87-ci dəqiqəsində İniyestanın cərimə meydançasına gözəl ötürməsini Pike başla dəqiq tamamlayaraq hesabı açıb – 1:0. Bu, oyunda yeganə qol olub və İspaniya yığması Çexiya millisi üzərində çətin qələbə qazanıb.
22:29
Avropa çempionatında daha bir oyun keçirilib.
Günün ikinci matçında E qrupunda İrlandiya ilə İsveç yığmaları qarşılaşıb. Parisin "Stade de France" stadionunda oynanılan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Oyunu serbiyalı baş hakim Milorad Maziç idarə edib. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curcyeviç kömək ediblər.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hər iki komandanın futbolçularının hesabı açmaq imkanları olsa da, onlar bu imkanlardan istifadə edə bilməyiblər.
Sürətli hücumlarla başlayan görüşün ikinci hissəsinin 48-ci dəqiqəsində İsveç komandasının oyunçusu Simus Kolmanın sağ cinahdan ötürməsindən sonra Ues Hulahan hesabı açıb. Bundan 23 dəqiqə sonra İsveç komandasının lideri Zlatan İbrahimoviçin sol cinahdan ötürməsindən sonra irlandiyalı futbolçu Kiaran Klark topu öz qapısından keçirib -1:1. Oyun bu hesabla da başa çatıb.
23:43
E qrupunun oyunları davam edir.
İtaliya və Belçika yığmaları Lionda qarşılaşır. Emanuele Giaçerini matçın 32-ci dəqiqəsində İtaliya yığmasını hesabda irəli çıxarıb: 1-0.
00:55
İtaliya yığması matçın 90+2-ci dəqiqəsində Qratsianonun qolu ilə Belçika millisinin qapısından 2-ci topu keçirdi. İtaliya bununla qrupda ilk qələbəsini qazandı: 2-0.
Tarix
2016.06.14 / 00:55
|
Müəllif
Hacı Qulu
|