Yuxarı

ABŞ da daxil olmaqla, dünya ölkələri… - PA rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) VIII Ali Səviyyəli toplantısının açılışı olub.

Komitədən Axar.az-a verilən məlumata əsasən,"Qloballaşan dünyada xalqların gücü" mövzusunda keçirilən toplantıda dünyanın yeni siyasi xəritəsi, qloballaşma prosesinə yeni baxış, XXI əsrdə iqtisadi vəziyyət və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparılıb.

Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Andorra Knyazlığının Baş naziri Antoni Marti, Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmayıl Serageldin, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, İtaliya Prezidentinin diplomatik müşaviri Antonio Zanardi Landi, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç və digərləri iştirak ediblər.

Ali səviyyəli görüşdə Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak ediblər.

İraq, Liviya, Serbiya, Xorvatiya və digər bölgələrdə münaqişəli vəziyyətlər, qaçqın böhranı və bu problemlərin həlli yollarının tapılması əsas müzakirə mövzusu olub.

Novruz Məmmədov müasir dünyada baş verən proseslər, yaşanan problemlər, qloballaşma dövrünün qarşılaşdığı çətinliklər barədə söhbət açıb:

"Bu gün dünya birliyi Yaxın Şərqdə münaqişələr, Avropada qaçqın böhranı və s. kimi çətinliklərlə üzləşir. İlk növbədə bu problemlər dərindən təhlil edilməlidir. Bu məsələlər çox böyük əhəmiyyət kəsb edir. Əsas məqsəd səbəbi kökündən araşdırmaqdır. Bu gün ABŞ da daxil olmaqla dünya ölkələri bu təhlükə ilə üzləşirlər".

PA rəsmisi bildirib ki, SSRİ və Varşava Paktının dağılmasından sonra beynəlxalq münasibətlər sistemində əsaslı dəyişikliklər baş verdi:

"Beynəlxalq hüquqa əməl edilməməsi bir çox münaqişələrə səbəb olur. Müasir dövrümüzdə baş verən problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir".

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı panel müzakirələrlə işini davam etdirir. Tədbir çərçivəsində Cənubi Qafqaz regionundakı münaqişəli məsələlərin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi və Andorra Knyazlığının rəhbərinə yazılı müraciətin qəbul olunacağı gözlənilir.

Toplantı iyunun 14-də işini yekunlaşdıracaq.

Tarix
2016.06.13 / 18:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla