Yuxarı

Bu məhsulların ölkəyə gətirilməsi qadağan edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Geni dəyişdirilmiş çay və taxıl məhsullarının ölkəyə gətirilməsi qadağan edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Çayçılıq haqqında" və "Taxıl haqqında" qanuna əlavə və dəyişiklik təklif edilir.

"Çayçılıq haqqında" qanununa təklif edilən 10.3-cü maddəyə görə, "Çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir".

Qanunun 8.3-cü maddəsinə təklif olunan bəndə görə də "Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir".

"Taxıl haqqında" qanuna təklif edilən 6.8-ci maddədə isə qeyd olunur ki, "Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir".

Qanuna təklif olunan 11.5-ci maddəyə görə isə, "Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir".

Hər iki layihənin qeyd hissəsində deyilir ki, qadağanın pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradacaq.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Tarix
2016.06.13 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla