Yuxarı

Xəzərdənkənar gəmilərimizin sayı artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Yalova bölgəsində yerləşən "Tərsan" tərsanəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin aldığı daha 4 quru yük gəmisində - "Şair Vaqif", "Şair Sabir", "Hüseyn Cavid" və "General Aslanov" gəmilərində bayraqqaldırma mərasimi keçirilib.

Axar.az məlumat verir ki, mərasimdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Rusiya və Türkiyənin gəmiçilik şirkətlərinin məsul şəxsləri, istismara verilən gəmilərin heyətləri və KİV nümayəndələri iştirak ediblər.

R.Vəliyev qeyd edib ki, yeni alınan "Rəsul Rza", "Şair Vaqif", "Şair Sabir", "Hüseyn Cavid", "General Aslanov" və "Qafur Məmmədov" da daxil olmaqla, Xəzərdənkənar hövzələrdə işləyən gəmilərimizin sayı 11-ə çatıb. Bundan başqa, Bakı Gəmiqayırma Zavoduna sifariş edilmiş 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin apreldə dövlət başçımızın iştirakı ilə istismara verilməsi 9 minlik kollektivdə böyük ruh yüksəkliyi yaradıb.

Sonra Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayraqlarımız hər gəminin dor ağacında qaldırılıb.

Daha sonra Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Türkiyə nümayəndəliyinin İstanbuldakı ofisinin açılışı olub.

Tarix
2016.06.13 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla