Yuxarı

“Şövkət xanımın Xana paxıllığı tutdu” - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şövkət xanım yaxşı sənətkar kimi, yaxşı da insandır. O, son dərəcə alicənab, diqqətcil, sadə, mehriban və qonaqpərvərdir. Mən Şövkət xanımı 40 ildir tanıyıram. Bu 40 ildə bir dəfə də olsun, özünü öyməsini, sənətdə "mənəm-mənəm" deməsini eşitməmişəm.

Axar.az xəbər verir ki, bu sözlər görkəmli musiqişünas Firudin Şuşinskinin "Azərbaycanın musiqi xəzinəsi" kitabındandır. Mərhum musiqişünasın Şövkət Ələkbərova və digər sənətçilər haqda xatirələri dəfələrlə qalmaqal yaşayan çağdaş müğənnilərə, şou əhlinə əsil nümunədir:

"Şövkət xanım həmişə Bülbülün, Xanın, Zülfünün, Rübabənin adlarını hörmətlə çəkir, onlardan çox şey öyrəndiyini inkar etmir. Lakin bir dəfə onun bir sözü məni çox utandırdı, həm də kədərləndirdi. Bir neçə il bundan əvvəl radioda Xan Şuşinski haqqında veriliş aparırdım. Veriliş qurtaranda Şövkət xanım mənə zəng vurub dedi:

- Firudin bəy, veriliş çox xoşuma gəldi. Amma Xana paxıllığım tutdu.

Doğrusu, mən başa düşmədim. Tez cavab verdim:

- Siz nə danışırsınız? Dünyadan köçmüş adama paxıllıq edərlər?

O, sakit, titrək səslə dilləndi:

- Sən Xan haqqında elə qiymətli sözlər söylədin ki, doğrudan da Xana paxıllığım tutdu. Kaş, mən də öləydim, mənim haqqımda da belə xoş sözlər söyləyəydin.

Şübhəsiz ki, mən narahat və incə bir qadın qəlbini ələ almağa və ona bu sözləri deməklə özümə bəraət qazandırmağa çalışdım:

- Şövkət xanım! Bizim böyük sənətkarımız Qurban Pirimov həmişə desə də, "çalış, ölmə", amma ölmək həyatın qanunudur. Sizə ölüm yaraşmır və sizin kimi xalqa xidmət edən, onun milli mədəniyyətini ucaldan bir sənətkar heç vaxt ölməz".

Tarix
2016.06.14 / 08:30
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla