Yuxarı

Dönüş nöqtəsi: İrəvan Bakını buna inandırarsa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiya prezidentinin strateji maraqlarına cavab verən odur ki, Ermənistan artıq öz mövqeyini yumşaltsın və geri çəkilsin. Ona görə də iyun görüşündə dönüş baş verə bilər.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü Qarabağ prosesinə müəyyən mənada aydınlıq gətirəcək:

"Ermənistan tərəfi bu görüşdə birmənalı şəkildə problemlə bağlı öz yanaşmasını aydın ifadə etməlidir. İrəvan son zamanlar atəşkəs rejiminin güclənməsini, qarşılıqlı əminlik mexanizmlərinin işlənməsini və baş verən insidentlərin təhqiqatını vacib sayır. Əlbəttə, bu məsələlər taktiki baxımdan önəmli ola bilər, ancaq strateji baxımdan əsas məqsədə qulluq etməlidir. Söhbət böyük sülh sazişindən gedir. Bunun üçün Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Əgər bu baş verərsə, onda Sərkisyan və onun komandasının vurğuladığı həmin məqamlar aktuallığını itirəcək. İrəvan qəsdən ikinci, üçüncü dərəcəli məqamları xüsusilə qabardır ki, danışıqlar prosesi uzansın. İnanmıram ki, Azərbaycan Ermənistanın bu taktiki gedişlərinə göz yumsun. Hazırda Putinin strateji maraqlarına cavab verən odur ki, Ermənistan artıq öz mövqeyini yumşaltsın və geri çəkilsin. Ona görə də gözlənilən görüşdə dönüş baş verə bilər. Münaqişənin gedişatında hansı mexanizmlər üzərində dayanılmaq və işğalçı tərəfin bu şəraitdə nə etməli olduğuna dair qərar qəbul oluna bilər. Əgər bu baş tutarsa və Ermənistan prezidenti Azərbaycan tərəfini inandıra bilərsə, o zaman dönüş baş verə bilər".

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün iyunun sonlarında baş tutacağı gözlənilir.

Tarix
2016.06.14 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla