Yuxarı

Ərdoğan İlham Əliyevdən nə xahiş edib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar beynəlxalq arenada itirilmiş əlaqələrini bərpa etməyə çalışan Türkiyə hökuməti Misir və İsraildən sonra Rusiya ilə də münasibətlərini düzəltməyə cəhd edir.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist İbrahim Varlı geniş məqalə ilə çıxış edib.

Jurnalist yazır ki, Rəcəb Tayyib Ərdoğan rəsmi Moskva ilə barışmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkodan vasitəçilik etməyi xahiş edib:

"Hətta Prezident Ərdoğan Kremllə münasibətləri bərpa etmək üçün ABŞ-a nəzərdə tutulan səfərini də təxirə salaraq, Rusiyaya jest edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə Moskva və Ankara arasında əlaqələrin bərpa edilməsi üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Prezident İlham Əliyev Bakıya səfər edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı da bildirmişdi ki, rəsmi Bakı Türkiyə-Rusiya münasibətlərinin pisləşməsindən narahatdır. Prezident İlham Əliyev "Türkiyə Azərbaycanın ən yaxın dostu və müttəfiqidir. Rusiya da Azərbaycanın qonşusu və dost olan dövlətdir. Azərbaycan Türkiyə və Rusiya ilə tarixi əlaqələrə malikdir. Bizim hər iki dövlətlə münasibətlərimiz yüksək səviyyədədir" demişdi".

Tarix
2016.06.14 / 11:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla