Yuxarı

Qarabağ üzrə mütəxəssis Britaniyaya səsləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya xalqı realistdir, romantik olmayın.

Axar.az xəbər verir ki, bu sözləri Britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal öz Feysbuk səhifəsində yazıb.

De Vaal Britaniya xalqını Avropa Birliyindən çıxmamağa çağırıb:

"Problem gənc nəsildə deyil. Gənc nəsil hər şeyi çox gözəl dərk edir. Amma yaşlı nəsil AB-dən çıxmağın fəsadları haqda düşünmür. Böyük Britaniyanın Avropa Birliyinin tərkibində qalmağı dünya iqtisadiyyatı ilə birbaşa əlaqədə olmağı deməkdir.

Britaniyanın Kanada, ABŞ kimi müttəfiqləri də AB-nin tərkibində qalmağını istəyir. Çünki onlar da dərk edir ki, əgər AB-nin tərkibindən çıxsaq, böyük bir durğunluq dövrü başlayacaq".

Tomas de Vaal ABŞ Prezidenti Barak Obamanın Britaniya səfəri zamanı AB – Britaniya əlaqələri haqda dediyi sözləri xatırladır:

"Avropa Birliyi böyük Britaniyanın nüfuzunu azaltmır, əksinə, müsbət təsir göstərir. Güclü Avropa Britaniyanın qlobal liderliyinə təhlükə deyil; bu, Britaniyanın liderliyini daha da gücləndirir".

Diplomat Rusiya Prezidenti Vladimir Putinə olan təzyiqlərin azalacağı ehtimalından da danışır:

"Britaniyanın AB-dən çıxacağı təqdirdə Ukrayna və Avropada ambisiyaları olan Putinə tətbiq olunan sanksiyalar zəifləyəcək. Paris İqlim Sammitində əldə olunan uğuru Avropa Birliyi üzvlərinin yekdilliklə çıxış etməsinə borcluyuq. Bu isə o deməkdir ki, dünyanın təhlükəsizliyinə və sabitliyə təhdid olan hər şeylə mübarizə aparmaq üçün yekdilliyə ehtiyacımız var.

Artıq ölkələr təklikdə o qədər də əhəmiyyət daşımır, dünya böyük güclərin birlikləri ilə idarə olunmağa doğru gedir. Bu birliklərdən təcrid olunmaqla uğur qazanmaq mümkün deyil. Suriya böhranı, beynəlxalq terrorizm və digər böyük problemləri həll edə bilmək üçün "Üç müşketyor" kimi – hamı bir nəfər üçün, bir nəfər hamı üçün şüarı ilə hərəkət etmək lazımdır ".

Tarix
2016.06.14 / 12:04
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla