Yuxarı

ABŞ-da 50 nəfəri öldürən terrorçunun evi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Deyli Meyl" saytı ABŞ-ın Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda terror aktı törədən Ömər Mətinin yaşadığı evin görüntülərini yayıb.

Axar.az xəbər verir ki, 29 yaşlı əfqan əsilli terrorçunun evi Fort Piers şəhərində yerləşir.

Görünüşcə normal amerikalının mənzilindən o qədər də fərqlənməyən evdə bəzi diqqət çəkən detallar aşkar edilib. ABŞ vətəndaşı olan Mətinin evində 3 yaşlı oğlunun və valideynlərinin şəkli, islam və Fələstinlə bağlı kitablar tapılıb.

Evdə xüsusi diqqət çəkən məqamlardan biri də təqvimdə 7 iyun tarixinin işarələnməsi olub. Mütəxəssislər terrorçunun silahlı hücumu öncə həmin tarixə planlaşdırması, naməlum səbəblərdən təxirə saldığı qənaətindədir.

Xatırladaq ki, Mətin ABŞ tarixində ən qanlı terror aktlarından biri kimi yadda qalan hücumu iyunun 13-də gerçəkləşdirib. Gecə klubuna hücum edən terrorçu 50 nəfəri öldürüb, 53 nəfəri isə yaralayıb. Polislə yaranan qarşıdurmada terrorçu məhv edilib.

Tarix
2016.06.14 / 14:25
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla