Yuxarı

Nazir sahibkarlara güzəşt vədi verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər" mövzusunda konfrans keçirilib.

Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisə, dövlət orqanları və ticarət palatalarının 250-dən çox nümayəndəsi iştirak edib.

Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 1,1 milyard dollardan çox investisiyanın yatırılması və 2200 iş yerinin yaradılması gözlənilir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının növbəti - 9-cu rezidentinin qeydiyyata alınması üçün işlər görülür. Neftçala Sənaye Məhəlləsində hazırda son tamamlama işləri aparılır və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaq. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir və ilkin hesabalamalara əsasən, buraya 100 milyon dollardan çox investisiyanın yatırılması və 2 min iş yerinin açılması nəzərdə tutulur.

Nazir təqdim olunan 15 layihənin icrası nəticəsində yerli istehsala 160 milyon manatdan çox investisiya yatırılacağını, 1400-ə yaxın yeni iş yerinin yaradılacağını diqqətə çatdırıb və bildirib ki, bu sənədi alanlar üçün bir sıra güzəştlər nəzərdə tutulur.

Tədbirin sonunda Ş.Mustafayev bir qrup şirkət nümayəndəsinə investisiya təşviqi sənədlərini, eləcə də Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti Aqrokimya Azərbaycan MMC-yə qeydiyyat şəhadətnaməsini təqdim edib.

Tarix
2016.06.14 / 16:38
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla