Yuxarı

Dollarlaşma 80 faizi keçdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əhalinin əmanətlərinin strukturuna görə dollarlaşma dərəcəsi may ayının 1-nə 81,7% təşkil edib. Keçən ay bu göstərici 80,8% olub. İlin əvvəli əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 70,9% təşkil edib.

Report-un məlumatına görə, cəmi depozit bazasında may ayının 1-nə dollarlaşma dərəcəsi 80,8% olub. Keçən ay bu göstərici 81% ,ilin əvvəli 81,6% təşkil edib. Keçən ilin analoji dövrü isə 73,4% olub.

Kreditlərin strukturunda may ayının 1-nə dollarlaşma dərəcəsi 48,2% təşkil edib. Aprelin 1-nə bu göstərici 49%, ilin əvvəli isə 49,4% olub. Keçən ilin analoji dövründə kreditləşmədə dollarlaşma dərəcəsi 41,6% təşkil edib.

Ümumiyyətlə, kreditlərin strukturunda dollarlaşma dərəcəsinin keçən ilin analoji dövrü ilə müqayisədə artması devalvasiya nəticəsində xarici valyutada kreditlərin dəyərinin manat ekvivalentində artması ilə izah olunur. İlin əvvəli ilə müqayisədə isə dollarlaşmanın tədricən azalması "üzən məzənnə" səbəbindən xarici valyutada kreditlərin mümkün qədər tez bağlanması istəyindən irəli gəlir.

Tarix
2016.06.14 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla