Yuxarı

İrana narahatlığımızı bildirməliyik - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisdə İran İslam Respublikası ilə imzalanmış bir sıra sənədlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva deyib ki, İranla əməkdaşlığın inkişafını dəstəkləyirik, amma bəzi məsələlərlə bağlı narahatlığımızı da buradan açıq şəkildə bildirməliyik.

Axar.az xəbər verir ki, İranın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan işğalçı Ermənistanla çox sıx əməkdaşlığına toxunan millət vəkili Q.Paşayeva bunun hər bir azərbaycanlını ciddi narahat etdiyini diqqətə çatdırıb və bildirib ki, seçicilərinin fikirlərini ifadə edən millət vəkillərinin bu istiqamətdə səsləndirdiyi fikirləri İran rəsmilərinin, millət vəkillərinin diqqətə alması vacibdir:

"Əhalisinin təxminən yarısı azərbaycanlı olan İran dövlətinin Azərbaycan torpaqlarını işğal altında saxlayan bir ölkə ilə, Ermənistanla bu qədər sıx əməkdaşlığı bizim hamımızı ciddi narahat edir və biz İran dövlətinin işğalçı Ermənistanla bağlı siyasətində dəyişikliklər etməsini istəyirik. Orada yaşayan azərbaycanlılar da təbii ki, bu fikirdədir. Bundan başqa, İran dövləti ən yüksək səviyyədə bütün açıqlamalarında müsəlman həmrəyliyindən danışır. Təbii ki, belə bir halda Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğalda saxlayan işğalçı Ermənistanla bu qədər sıx münasibətlər, dəstək anlaşılan deyil və biz, bütün azərbaycanlılar İrandan işğalçı Ermənistana qarşı sərt münasibət gözləyirik.

Azərbaycan dövlət rəsmiləri, din xadimləri, KİV-ləri hər zaman İranla münasibətlərdə daxili işlərə qarşımamaq həssaslığına önəm verirlər və biz qarşı tərəfin bir sıra din adamları, millət vəkilləri, siyasətçiləri və KİV-lərindən də eyni həssaslığı gözləyirik. Azərbaycanın daxili işlərinə qarışan, münasibətlərə ciddi zərər vuran açıqlamalar olmamalıdır. Eyni zamanda, biz İran dövlətini işğalçı Ermənistanla münasibətlərə yenidən baxmağa çağırırıq".

Tarix
2016.06.14 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla