Yuxarı

Şok razılaşma: PKK Türkiyəni tərk edir, Ankara isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyə ilə PKK arasında Fərat çayının qərbinin YPG-yə verilməsi barədə razılıq əldə edildiyini iddia edib.

Axar.az xəbər verir ki, PKK-ya bağlı PYD-nin hərbi qolu YPG-yə Fərat çayının qərbinin verilməsində ABŞ-ın rolu olduğu bildirilib. Belə ki, PKK ilə Türkiyə arasında razılıq əldə edilməsində ABŞ-ın vasitəçilik etdiyi vurğulanıb.

Türkiyənin şərti...

İddiaya görə, rəsmi Ankara ilə PKK arasında baş tutan razılaşmaya əsasən, PKK da öz növbəsində Cənub-şərqi Anadoludan geri çəkilir.

Öcalana ev dustağı tələbi

Tərəflər arasında digər razılaşmanın Abullah Öcalanla bağlı olduğu iddia edilir. Türkiyənin Öcalanı İmralıdan ev dustaqlığına buraxmağı qəbul etdiyi bildirilir. Bu proseslərdən sonra Türkiyənin PKK ilə yenidən danışıqlar aparmağa da razılıq verdiyi vurğulanır.

İncirlik görüşü...

ABŞ-ın vasitəçiliyi ilə Türkiyə rəsmiləri və YPG arasında İncirlik hərbi bazasında görüş keçirildiyi də iddialar arasındadır. Görüşdə YPG tərəfindən Menbic əməliyyatında iştirak edən Əbu Leylanın da olduğu qeyd edilir.

Türkiyə bilirdi və etiraz etmədi

Türkiyənin Menbic əməliyyatını həyata keçirən SDQ qüvvələrinin minlərlə kürddən ibarət olduğunu bildiyini, ancaq buna qarşı çıxmadığını deyən SDQ-çı məsələnin səbəbini də açıqlayıb:

"Türkiyə SDQ-də minlərlə kürd döyüşçüsü olduğunu bilirdi, ancaq bizim ABŞ üzərindən qurduğumuz təzyiqə görə buna qarşı çıxa bilmədi".

Tarix
2016.06.14 / 22:52
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla