Yuxarı

Tramp “Vaşinqton Post”un üstündən xətt çəkdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media ilə münasibətləri heç cür qaydaya sala bilməyən Amerika prezidentliyinə namizəd Donald Tramp daha bir qalmaqala imza atıb.

Axar.az xəbər verir ki, Respublikaçılar Partiyasının yeganə namizədi ölkənin nüfuzlu qəzetlərindən sayılan "Vaşinqton Post"un akkreditasiyasını ləğv edib.

Tramp bu addımını qəzetin əsassız məlumatlar yazması ilə əlaqələndirib. Feysbuk hesabında məsələyə münasibət bildirən milyarder iş adamı qəzeti "yalançı" adlandırıb:

"İnanılmaz səhv xəbərçiliyə və kampaniyamıza münasibətinə görə fırıldaqçı və yalançı "Vaşinqton Post"un akkreditasiyasını ləğv etdik".

Qeyd edək ki, sözügedən qəzet milyarderin Orlando terroru ilə bağlı açıqlamasını "Donald Tramp Prezident Obamanın Orlando hücumunda iştirakını iddia edir" başlığı ilə dərc edib.

"Vaşinqton Post" qəzetinin sözçüsü Kristin Koralli Kelli Trampın tənqidindən sonra xəbərin başlığını dəyişdirdiklərini açıqlayıb. Onun sözlərinə görə, akkreditasyanın ləğvi mətbuat azadlığına ləkədir.

Qəzet nümayəndəsi Trampın bütün qadağalarına baxmayaraq, kampaniyanı izləyəcəklərini və tərəfsiz mövqe nümayiş etdirərək tirajlayacaqlarını deyib.

Xatırladaq ki, Donald Tramp ötən ilin avqustunda xanım aparıcının suallarını bəyənmədiyi üçün Foks telekanalını boykot etmişdi.

Tarix
2016.06.15 / 01:50
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla