Yuxarı

Qadınları soyan kişi yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xanımlara qarşı silsilə şəkildə hücumlar edən Rəşad Məlikov saxlanılıb.

ANS-in məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Binəqədi rayon sakinini istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, Rəşad Məlikov Nəsimi rayonunda 6 xanıma qarşı soyğunçuluq edərək onların qızıl-zinət əşyalarını ələ keçirib.

Qeyd edilən faktla bağlı Nəsimi (RPİ) İstintaq Şöbəsində cinayət işi başlanıb. Polis əməkdaşları saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.

Saxlanılan şəxsin əməllərinin indiyə kimi sübut olunanlardan daha çox olacağını nəzərə alan hüquq-mühafizə orqanları sakinlərə səslənib. RəŞad Məlikovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nəsimi RPİ-yə müraciət edə bilərlər.

Tarix
2016.06.15 / 09:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla