Yuxarı

AŞPA həmməruzəçiləri Azərbaycana gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennah və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb.

AŞPA-nın mətbuat xidmətindən Report-a verilən məlumata görə, iyunun 15-dən 17-dək davam edəcək səfər zamanı həmməruzəçilərin Milli Məclisin sədri Oqtay Əsədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri planlaşdırılır.

Həmməruzəçilərin həmçinin vətəndaş cəmiyyəti, KİV nümayəndələri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Ş.Şennah, S.Preda və belçikalı deputat Alan Desteks AŞPA-nın müşahidəçiləri qismində 90 saylı Ağdaş seçki dairəsi üzrə iyunun 18-də keçiriləcək təkrar parlament seçkilərini də müşahidə edəcəklər.

Tarix
2016.06.15 / 09:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Erməni ekspertdən şok

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla