Yuxarı

Vatikanda azan səsləndi - Erməni terroru

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xristian dininin mərkəzi hesab edilən Vatikanda azan səsi yüksəlib.

ANS-in məlumatına görə, Romadakı Vatikana aid dəbdəbəli sarayda - Cancelleriada ötən gün ASALA terror təşkilatı tərəfindən 1977-ci ildə qətlə yetirilən Türkiyənin Vatikandakı səfiri Taha Carım anılıb.

Anım Qurandan ayələrin oxunması ilə başlayıb. Daha sonra qonaqlar üçün iftar süfrəsi açılıb. Mərasimə həm Türkiyə, həm də İtaliyanın dövlət rəsmiləri, din xadimləri qatılıblar.

Freskalarla bəzədilən salonda Vatikan və Türkiyə bayraqları asılıb. Anım erməni terroru qurbanının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Səfir Məhməd Paçacı sələfi olan Taha Carımın 9 iyun 1977-ci ildə erməni terror təşkilatı olan ASALA tərəfindən iqamətgahı önündə qətlə yetirildiyini deyib. Hadisədən 3 gün sonra o zamankı Papa VI Paul Müqəddəs Pyotr meydanında hücumu pisləyən açıqlama verib.

Səfir jurnalistlərə açıqlamasında şəhid olan diplomatın anım mərasiminin Ramazan ayına təsadüf etdiyi üçün iftar verdiklərini deyib.

Qeyd edək ki, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Roma Papasının "soyqırım" haqqında dedikləri Vatikanla Türkiyə münasibətlərinin pozulmasına səbəb olmuşdu. Lakin bundan 10 ay sonra erməni terrorunun qurbanı olan diplomat Vatikan tərəfindən anılmışdı. Bu hadisədən sonra Türkiyə tərəfi diplomatik münasibətləri düzəltmək qərarına gəlib. 2015-ci il aprelin 12-də Vatikandan geri çağırılan səfir Məhməd Paçacı da vəzifəsinin başına geri qaytarılmışdı.

ASALA terror təşkilatları müxtəlif illərdə (1970-80) Avropa şəhərlərində onlarla türk diplomatını qətlə yetirib.


Tarix
2016.06.15 / 10:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla