Ana səhifə Toplum |
Ağsu dolaylarında təmir işləri yekunlaşıb.
Azəravtoyol ASC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsi, daha dəqiqi 14 km-lik nda tam olaraq hərəkət bərpa olunub.
Qeyd edək ki, bu ilin may ayının 24-dən bu yolda təmir işləri aparılıb. Təmir işləri səbəbi ilə Ağsu dolayları ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılmışdı. Uzun müddətdir ki, təmir olunmadığından və intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyündə qabarmış və dağılmış hissələr yaranıb. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib.
Tarix
2016.06.15 / 16:45
|
Müəllif
Axar.az
|