Yuxarı

Terim: “Futbolçularımızın problemləri var...”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millisinin baş məşqçisi Fatih Terim İspaniya ilə görüş öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, təcrübəli məşqçi ispanlara qarşı fərqli oyun nümayiş etdirəcəklərini deyib:

"Hamımızın gözlədiyi Türkiyə İspaniya ilə qarşılaşmada meydanda olacaq. Xorvatiya ilə qarşılaşmada məğlubiyyətdən çox pis oyun göstərdik və bununla barışmaq bizi üzdü. Futbolçularımızın problemləri var. Transferi davam edən, şəxsi həyatında problem olan futbolçularımız var. Ozan Tufanın saçı, Əmrə Morun Modriçlə şəkil çəkdirməsi gündəm olur, bunu anlaya bilmirəm. Buradan böyük klublara 3-5 oyunçu vermək məni xoşbəxt edər. Bu şans bir də ələ keçməyəcək. Futbolçuları bir günə seçməmişəm. Odur ki, qərarlarımla bağlı peşmanlıq keçirmirəm".

Xatırladaq ki, Türkiyə-İspaniya matçı iyunun 17-də Nis şəhərində yerləşən "Alyans Riviera" stadionunda baş tutacaq.

Tarix
2016.06.15 / 17:02
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla