Yuxarı

Mukuçyan: "Qarabağ Azərbaycana məxsusdur…"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ Azərbaycana məxsusdur.

Virtualaz.org bildirir ki, bunu Ermənistanın Avroviziya 2016-dakı təmsilçisi İveta Mukuçyan Yunanıstanda olarkən yerli KİV-ə verdiyi müsahibəsində deyib.

Avroviziyada nə üçün tanınmamış "DQR"in bayrağını qaldırması ilə bağlı suala cavabında o deyib: "Dağlıq Qarabağ Azərbaycana məxsusdur, amma bu, Ermənistanda ikinci demokratiyadır. Azərbaycana məxsus olmasına baxmayaraq, həmin ərazi müzakirə mərhələsindədir. Bu məsələ uzun illər "böyük qardaş" Rusiya ilə müzakirə olunub, amma heç bir nəticə yoxdur. Sərhəddəki insanlar proqres görmür və qırılırlar. Buna son qoyulmalıdır".

Xatırladaq ki, mayın 10-da Stokholmda - Avroviziya-2016-nın finalında İveta Mukuçyan "DQR"in bayrağını qaldırmış, yarışmanın təşkilatçıları isə buna görə Ermənistanı sanksiyalarla hədələmişdilər.

Yarışmadan sonra keçirilən mətbuat konfransında Mukuçyan nə üçün elə etdiyinə bu cür aydınlıq gətirmişdi: "Mənim demək və yaymaq istədiyim yeganə şey sülhdür. Mən sərhədlərdə sülh istəyirəm, Ermənistanın istədiyi yeganə şey də sülhdür. Mən bu mahnını məhz buna görə yazmışam – "məhəbbət dalğasını" yaymaq üçün. Mənim arzum budur ki, bütün dünyada sülh bərqərar olsun. Mən bayrağı ona görə qaldırdım ki, insanlar diqqətlərini bu problemə yönəltsinlər. Mən bu dünyaya yalnız sülh arzulayıram".

Onu da xatırlaraq ki, İveta Mukuçyan həmin yarışmada 7-ci yeri tutub.

Tarix
2016.06.15 / 18:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əsədovdan motosikletlərlə bağlı qərar

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla