Yuxarı

Bakıda quldur dəstəsi zərərsizləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhər sakini Firəngiz Musayevanın Keşlə qəsəbəsində yaşadığı evə basqın edərək onun pulunu və qızıl-zinət əşyalarını quldurluq yolu ilə almış paytaxt sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - Emil Budnıy, Elnur Əliyev, Elçin Nəsirov və Rakif Talıbov tutulublar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri hadisədən bir gün əvvəl görüşərək mənzilə daxil olmaq üçün xüsusi plan hazırlayıblar. Plana əsasən ev sahibinin Elçin adlı oğlu ilə dost olan E.Nəsirov onu gecə saatlarında müxtəlif bəhanələrlə aldadaraq evdən çıxarıb. Bundan sonra qadının mənzildə tək olmasından istifadə edən dəstənin digər 3 üzvü evə daxil olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxslərin paytaxt ərazisində başqa cinayətlərdə iştirak edib-etmədikləri isə araşdırmalardan sonra məlum olacaq.

Tarix
2016.06.15 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla