Yuxarı

Dayə qızının evini yardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dayə evdən oğurluq edib.

Axar.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Cəmilə Bayramova Xırdalan şəhərində yaşadığı evdən dəyəri 5 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Cinayət-axtarış şöbəsi əməliyyatçılarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən və oğurluq baş verən evdə dayə işləyən Aidə Ələsgərova saxlanılıb. İlkin dindirilmə zamanı 48 yaşlı qadın törətdiyi əməli etiraf edib.

Musavat.com-un məlumatına görə, zərərçəkən Cəmilə Bayramova onun ərinin 1-ci yoldaşının qızıdır. Bir neçə il bundan əvvəl Cəmilə Bayramova ailə həyatı qurduqdan sonra bir ovladı dünyaya gəlib. Cəmilə xəstələndiyi üçün ailənin də razılığı ilə yeni doğulan körpəyə Aidə baxmalı olub.

Saxlanılan Aidənin sözlərinə görə, evdə təmizlik işləri görərkən otaqların birindən bağlama tapıb. Onun bağlamaya olan marağı isə başına bəla olub. Daha sonra qadın əldə etdiyi qızılları Sumqayıt şəhərində yerləşən qızıl dükanında satıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Tarix
2016.06.15 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla