Yuxarı

Əliyevin söylədiyi fikirlər bizi cəsarətləndirdi - Günəş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətimizin başçısının Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışı hər bir iştirakçı kimi, mənə də böyük təsir bağışladı. Həm söylədiyi fikirlər, həm də qətiyyətli ifadə tərzi bizə tutduğumuz yolda cəsarət verdi, üfüqümüzü açdı.

Bu fikirləri Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı təəssüratını AzərTac-a bölüşərkən söyləyib.

Y.Günəş bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün uzun illərdir danışıqlar aparılır. Ancaq Ermənistan rəhbərliyi münaqişənin həllini uzatmaqla məşğuldur. Azərbaycanın səbri isə sonsuz deyil: "Dağlıq Qarabağ mövzusunda söylədiyi fikirlərdə Prezident İlham Əliyevi çox qərarlı və cəsur gördüm. Bu da təbii ki, bizə böyük cəsarət verdi".

Y.Günəş qurultaya qatılmaqda məqsədinin bu mötəbər tədbirdə diaspor quruculuğu sahəsində görülən işlərin və qarşıda duran hədəflərin müzakirəsində iştirak etməklə yanaşı, müxtəlif ölkələrdən gəlmiş diaspor cəmiyyətlərinin təmsilçiləri ilə birgə fəaliyyət üçün fikir mübadiləsi aparmaq olduğunu deyib: "Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, erməni yalanlarına qarşı aparılan mübarizədə Paris, Brüssel, Berlin kimi Avropa şəhərləri ilə yanaşı, Vyana da xüsusi önəm daşıyır. Çalışmalıyıq ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü burada yerləşən beynəlxalq təşkilatların gündəmində saxlayaq və digər fəaliyyətlərin həyata keçirilməsini təmin edək. Müasir dövrdə Xocalı soyqırımı kimi faciələr varkən, bir sıra dövlətlərin parlamentində qondarma iddialara həqiqət donu geyindirərək, siyasi sifarişli qərarlar verilməsi qarşıda görüləcək işlərin hələ çox olmasına dəlalət edir".

"Bir olmamız, insanlarımızı bir araya gətirməmiz və hər cəhətdən güclü diaspor olmağımız gərəkdir", - deyən Y.Günəşin fikrincə, diaspor quruculuğunun müasir mərhələsində soydaşlarımız Avropada məskunlaşıb iş və digər imtiyazlara yiyələnməklə kifayətlənməməlidir. Uzunmüddətli və qalıcı hədəflərə hesablanmış fəaliyyətlərə üstünlük vermək, buradakı vətəndaşlarımızın bu ölkənin siyasi, iqtisadi və ən əsası isə media quruluşlarında təmsil olunması, orada nüfuz sahibi olmasını təmin etmək əsas hədəflərimiz sırasında olmalıdır.

O qeyd edib ki, bu qurultay həm fikir mübadiləsi aparmaq, həm diaspor təşkilatları arasında koordinasiyanı gücləndirmək, həm də birgə layihələr keçirmək üçün əhəmiyyətli oldu. Qurultayda səsləndirilən Dünya Azərbaycanlıları İş Adamları Birliyinin təsis edilməsi ideyasını müsbət qiymətləndirən Y.Günəş Azərbaycan məhsullarının xaricdə tanıdılması və ölkə iqtisadiyyatına gəlir gətirə biləcək işlərin görülməli olduğunu də diqqətə çatdırıb.

Tarix
2016.06.16 / 01:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla