Yuxarı

Bu səbəb Rusiya ilə Türkiyəni birləşdirə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə Avropa ilə ABŞ-dan yanıqlıdırlar və bu amil Kremllə Ankaranı yenidən yaxınlaşdıra bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, hesab edir ki, Türkiyə prezidenti Rusiya Günü münasibəti ilə rusiyalı həmkarına təbrik məktubu göndərməklə barışıq üçün topu, əslində, Moskvaya atıb:

"Önəmli olan odur ki, Ərdoğan yenə Putinə əlini uzatdı. İndi Putin və onun mediası ya Türkiyəyə qarşı informasiya savaşına davam edəcək, ya da vəziyyətdən çıxış yolu ilə bağlı Ərdoğanın "ortaq komissiya qurulsun" təklifinə müsbət cavab verəcək. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara davam qərarı verib, Türkiyəyə isə yenidən qapını göstərib. Vaşinqtonun Suriyadakı silahlı kürdlərə verdiyi dəstək hazırda Ankaranı ciddi narahat edir. Yəni hər iki dövlət Avropadan və ABŞ-dan yanıqlıdırlar , bu amil isə Kremllə Ankaranı yenidən yaxınlaşdıra bilər. İndi növbəti addımı Putin atmalıdır. Rusiya prezidenti də türkiyəli həmkarına oktyabrın 29-da məktub göndərərək Ərdoğanı Cumhuriyyət Günü münasibətilə təbrik etməlidir".

Qeyd edək ki, Rusiya Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Vladimir Putinə, Baş nazir Binəli Yıldırım isə Dmitri Medvedyevə təbrik məktubu ünvanlayıblar.

Tarix
2016.06.16 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla