Yuxarı

Dollar niyə bahalaşır? – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin Dövlət büdcəsi haqqında qanuna əsasən, bu il 1,775 milyard manat vəsait büdcədən dövlət borcu və öhdəlikləri üçün ayrılacaq. Bu isə 1 milyard 150 milyon dollar vəsait deməkdir. Kommersiya banklarının da cəlb etdiyi vəsaitlərin strukturunda xarici öhədliklərin payının az olmadığını nəzərə aldıqda dollara son həftələr artan tələbin səbəblərini izah etmək heç də çətin deyil.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert son zamanlar ölkədə dolların bahalaşmasının səbəblərini yazıb:

1. Biznesin, bankların, eləcə də dövlətin beynəlxalq maliyyə qurumlarına xarici valyutada ödənişləri. Nəinki biznesin, eləcə də bankların xarici borc öhdəlikləri son illər xeyli dərəcədə artıb.

2. İdxalın həcminin artması. İdxalda müşahidə edilən durğunluq aradan qalxmaqdadır və artımlar müşahidə edilir. İdxal ölkədən valyuta axını olmasıyla yanaşı, dollara tələbi də artırır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2016-cı ilin I rübündə Azərbaycanda xarici ticarət dövriyyəsi 3,607 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 1,781 milyard dollarını və ya 49,4 % ölkədən ixrac, 1,826 milyard dollarını və ya 50,6 %-ni isə idxal məhsulları təşkil edib, idxalın ixracı üstələməsi nəticəsində 45,3 milyon dollar məbləğində mənfi saldo yaranıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 23,9%, o cümlədən ixrac 23,0 %, idxal isə 25,1 % azalıb. Deməli, idxal ixracdan çoxdur. Bu isə dollara tələbin artması deməkdir.

3. MB-nin manat təminatı, o cümlədən mərkəzləşdirilmiş kredit resurslarının həcmində müşahidə edilən artımlar. BMB-nin dövriyyəyə daxil etdiyi milli valyutanın həcmindəki artımlar dollara da tələb formalaşdırır. Banklar həmin vəsaitlərinin bir qismini dollara çevirərək xarici valyuta öhdəliklərini yerinə yetirməyə çalışırlar.

4. Əhalinin son həftələr dollara tələbinin yüksəlməsi. Mayın sonundan başlayaraq, həm psixoloji, həm də iqtisadi baxımdan əhalinin dollara tələbi yüksəlib və bu da məzənnəyə təsirsiz ötüşmür. Banklarda olan əmanətlərin 81 faizinin xarici valyutada olması ölkəmizdə dollarlaşma səviyyəsinin kifayət qədər yüksək olduğundan xəbər verir. Bu isə nəticədə vətəndaşların da artan dollar tələbi deməkdir.

İqtisadçı bildirib ki, manatın məzənnəsinin növbəti dövrdə necə dəyişməsi birbaşa Mərkəzi Bankın davranışlarından asılı olacaq:

"MB-nin siyasəti daha çox məzənnə dəhlizini qorumağa hədəflənib. Məzənnə marjı və valyuta ehtiyatları ilə bazara təsir edən baş bankın aydındır ki, dollara olan tələbə təsir imkanları elə də çox deyil".

Tarix
2016.06.16 / 10:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla