Yuxarı

Putin Avropaya yeni mesaj verməyə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Prezidenti Vladimir Putin Avropa Birliyi üçün yeni mesaj hazırlayıb.

Axar.az xəbər verir ki, Blumberq nəşri Putinin bu mesajı Sankt-Peterburq Beynəlxalq İqtisadi forumunda AB-yə verməyi planlaşdırdığını yazıb:

"Putin təxminən "Gəlin Ukraynanı unudaq və işgüzar dialoqa qayıdaq" tipli bir mesaj ötürəcək. O, Peterburq Beynəlxalq İqtisadi forumundan Avropa liderlərinə çağırış meydançası kimi istifadə edəcək və onları Rusiya ilə münasibətləri normallaşdırmağa səsləyəcək.

Ukrayna münaqişəsinin fonunda Rusiyaya tətbiq olunan sanksiyalar, dünya neftinin qiymətinin aşağı düşməsi Rusiya Federasiyası iqtisadiyyatına böyük zərbə vurdu. Rusiya, əlbəttə ki, tezliklə sanksiyaların aradan qaldırılacağını gözləmir, amma Putin "tunelin sonunda işıq olduğuna" inanır".

Nəşrin iddialarına görə, Rusiya prezidenti sözügedən forumda Ukrayna konflikti ilə bağlı heç bir yeni təkliflə çıxış etmək niyyətində deyil:

"Putin Peterburq Beynəlxalq İqtisadi forumunda Ukrayna münaqişənin həllinə kömək etmək üçün Qərbə hansısa güzəştlər etmək niyyətində deyil. Prezident forumda Rusiyanın iqtisadi perspektivlərindən danışacaq və xarici investorları əmin edəcək ki, ölkədə əlverişli biznes mühiti mövcuddur".

Prezidentin mətbuat katibi Dmitri Peskov Putinin Qərblə münasibətləri yaxşılaşdırmaq haqda yeni mesaj çatdırmaq istədiyi haqda verilən suala belə cavab verib:

"Bu, Putinin həmişəki mesajıdır. Sadəcə olaraq Qərb liderləri adətən bunu qulaqardına vurur".

Tarix
2016.06.16 / 11:54
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla