İlham Əliyev fərman imzaladı
14:51
Ana səhifə Planet |
Rusiya SSRİ-nin taleyini təkrarlayır.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında "Stratfor" analitik şirkətinin eksperti Loren Qudriç söyləyib. Onun sözlərinə görə, SSRİ də süqutundan bir neçə il öncə neft tələsinə düşmüşdü:
"Putinin siyasi kursu buna şərait yaradacaq. Rusiya artıq dayanıqlı deyil. Ukrayna və Suriyadakı məhdud hərbi kampaniyalar əhali arasında milli hisləri artırdı ki, bu da hökumətə öz populyarlığını qorumağa kömək edir. Bununla bərabər, NATO Rusiya sərhədləri yaxınlığında öz gücünü artırır. Rusiya isə yeni müharibəyə çox pis hazırlaşıb. Rusiya SSRİ-nin taleyini təkrarlamaqdan yayına bilər. Bunu isə indiki siyasi kursu dəyişdirməklə etmək olar".
Tarix
2016.06.16 / 13:33
|
Müəllif
İlkin Həsənov
|