Yuxarı

Formula-1 yarışında yeni sistem

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisində itirilmiş əşyaların elektron axtarışı və qeydiyyatı fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, "eTap" adlı layihə Bakıda keçiriləcək Formula-1 Avropa Qran Prisi ilə əməkdaşlıq çərçivəsində, yarış günlərində, iştirakçılara və tamaşaçılara öz xidmətini təqdim edəcək.

Əsas fəaliyyət, itirilmiş və ya tapılmış əşyaların elektron qeydiyyatı və sahibinə qaytarılması isitqamətində yüksək xidməti təmin etməkdən ibarət olacaq.

Əşyanı itirmiş və ya tapmış şəxslər, məlumat mərkəzlərinə yaxınlaşaraq, müvafiq formanı dolduraraq, "eTap" sistemində qeydiyyata düşəcəklər.

İtirilmiş əşyaların qeydiyyatı və axtarışı xidmətini yerinə yetirəcək Etap.az adlı bu layihə vasitəsilə itirilmiş əşya sahibləri itirdikləri əşya barədə saytda pulsuz elan verə biləcəklər. Layihənin əsas məqsədi internet imkanlarından istifadə edərək asanlıqla itirilmiş əşya haqqında elan yayımlamaq, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək ödənişsiz xidmət təmin etmək və cəmiyyətdə sosial fayda vərdişləri yaratmaqdır.

Artıq 01.02.2015-ci il tarixindən vebsaytla bərabər, rəsmi Feysbuk səhifəsi https://www.facebook.com/etap.az fəaliyyət göstərir.

Layihə çərçivəsində gündəlik restoranlar şəbəkəsi, Bakı Metropoliteni, İdman sağlamlıq mərkəzləri, nəqliyyat şirkətləri, sosial iaşə obyektləri və digər təşkilatlarla quracağımız əməkdaşlığı, həmçinin layihənin gələcəkdə region üzrə bazara çıxma ehtimalını nəzərə alaraq qeyd etmək mümkündür ki, qeyd olunmuş istifadəçi sayı dəfələrlə arta bilər.

Etap.az xidmətlərini tamamilə pulsuz təqdim edir, lakin ödənişli "premium" elanların imkanlarından istifadə edərək elan sahibləri elanın daha çox görüntülənməsini əldə edə bilər.

Əgər siz də hər hansı bir əşya itirmisinizsə və ya tapmısınızsa, aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlamağınız xahiş olunur. Tel 070 234 10 26 ; [email protected] ; www.etap.az; https://www.facebook.com/etap.az

Tarix
2016.06.16 / 14:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla