Yuxarı

Sahibkar şikəst etdiyi uşağın təzminatını vermir - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ildə "Nabran Village Holiday" istirahət mərkəzində azyaşlı İmran Cəfərzadənin ayağını itirməsi ilə nəticələnən bədbəxt hadisəyə görə Xaçmaz Rayon Məhkəməsinin kəsdiyi 70 min manat mənəvi təzminat hələ də ödənməyib.

Bu barədə Axar.az-a İmran Cəfərzadənin anası Nuridə Cəfərova deyib.

Onun sözlərinə görə, aradan 2 il keçsə də, Xaçmaz Rayon Məhkəməsinin icraçıları hələ də qərarı yerinə yetirməyib.

Qeyd edək ki, "İcra haqqında Azərbaycan Respublikası" Qanununun 8-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir, qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərir.

Sözügedən qanunun 12.1-ci maddəsinə görə isə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur.

Qanunun 43.1-ci maddəsinə əsasən borclu verilmiş müddət ərzində məhkəmə qərarını könüllü icra etməzsə, icra məmuru məcburi icra tədbirlərinə başlamaqla, icra tələbini borclunun əmlakına, əmək haqqına, pensiyasına və sair gəlirlərinə yönəltməlidir.

Xatırladaq ki, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə 2013-cü il iyulun 21-də keçmiş deputat Nizami İsgəndərova məxsus olan "Nabran Holiday Village" istirahət mərkəzində "Akvapark" adlanan qurğunun işlək vəziyyətə gətirilməsinə görə ayaqlarını itirib. Təqsirləndirilən Əhmədov Ramiz Süleyman oğlu 2 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il, Firdovsi İbrahimov, Rəşad Zərbəliyev və Aslan Hacıməmmədkərimov hər biri 4 il müddətində azadlıqdan məhrum edilib.

Məhkəmə İmran Cəfərzadənin ailəsinə 70 min manat mənəvi təzminat ödənilməsi barədə qərar çıxarıb.

Tarix
2016.06.16 / 16:11
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla