Yuxarı

Bakıdan Təbrizə ilk təyyarə uçdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 16-da İran İslam Respublikasının "ATA Airlines" şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilib.

Azərtac xəbər verir ki, bununla bağlı jurnalistlərə İranın azərbaycandakı səfiri Möhsün Pakayin açaqlama verib.

Səfir qeyd edib ki, sözügedən reyslər həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər reallaşdırılacaq. "Təyyarə əvvəlcə saat 12:15 radələrində Tehrandan Bakıya uçacaq, 13:30-da Bakıda eniş etdikdən təxminən 1,5 saat sonra Təbrizə qayıdacaq. Ardınca bir qədər fasilə edərək yenidən Bakıya qayıdıb saat 18.00-da Tehrana istiqamət götürəcək", - deyə Möhsün Pakayin bildirib.

Airbus-320 təyyarələri ilə yerinə yetirilən aviareysin biletinin qiyməti 180 manatdır.

Səfir məlumat verib ki, bundan əlavə, "ATA Airlines" şirkəti gələcəkdə Bakı-Məşhəd reysinin açılmasını planlaşdırır. "Bunun üçün lisenziya artıq verilib. Ümid edirəm ki, ilin sonunadək bu reys də açılacaq", - deyə diplomat diqqətə çatdırıb.

Tarix
2016.06.16 / 17:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla