Yuxarı

Masallının 483 min manat qaz borcu var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunun Ərkivan qəsəbəsi, Qəriblər, İsilər və Kosakül kəndlərində qaz təchizatının dayandırılmasının əsas səbəbi istifadə edilmiş təbii qazın dəyərinin istehlakçılar tərəfindən ödənilməməsi və ya qismən ödənilməsi olub.

Bu barədə Report-a "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qurumun açıqlamasına görə, həmin yaşaıyış məntəqələrinin sakinlərinin qaza görə ümumi borcu 2009-cu ilin oktyabrından sonrakı dövrü əhatə edir: "Ölkə başçısının müvafiq fərmanı ilə 2009-cu il oktyabrın 1-nə əhalinin təbii qaza görə yaranmış borcu silinib. Lakin qeyd olunan yaşayış məntəqələrinin sakinləri tərəfindən 2009-cu il oktyabrın 1-dən bu ilin mayın 1-dək qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olub. Nəticədə, 482 158 manat həcmində ödənilməmiş debitor borc yaranıb".

"Borcun 402 745 manatı Ərkivan qəsəbəsi, 30 910 manatı Qəriblər kəndi, 6 571 manatı İsilər kəndi, 41 932 manatı isə Kosakül kəndinin payına düşür. Qeyd olunan yaşayış məntəqələrində yaşayan abonentlər Lənkəran Regional Qaz İstismar İdarəsinin, Masallı rayonu üzrə xidmət sahəsinə yaxınlaşaraq öz borcları barədə ətraflı məlumat əldə edə bilərlər. Qazın verilməsində məhdudiyyətin yaranmaması üçün istifadə olunmuş təbii qazın dəyərinin dərhal ödənilməsi xahiş olunur", - deyə İB-dən bildirilib.

Qeyd edək ki, bəzi KİV-də Masallı rayonunun bir neçə kənd və qəsəbəsində təbii qazın dayandırılması ilə bağlı informasiyalar yayılıb.

Tarix
2016.06.16 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla