Yuxarı

Borjomini sel basdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli kurort şəhərində küçələrdə suyun hündürlüyü 40 sm-ə çatır.

ANS-in məlumatına görə, intensiv yağışlar, güclü dolu, daşqın Gürcüstanda xeyli problemin yaranmasına da səbəb olub. Dünyaşöhrətli kurort şəhərinin bəzi küçələrində suyun hündürlüyü 40 sm-ə qədər qalxıb.

"Şəhərin bir çox rayonunda küçələri, evlərin zirzəmilərini su basıb. Kanalizasiya quyuları su axınını təmizləməyi çatdırmır", - deyə Borjomi şəhər bələdiyyəsindən məlumat verilib. Hələ də zirzəmilərə yığılan suyun təmizlənməsi üçün işlər aparılır.

Dolu ölkənin kənd təsərrüfatına, meyvə bağlarına da ciddi ziyan vurub. Evlərin dam örtükləri və pəncərələri qırılıb.

Anoloji vəziyyət Qoridə də hökm sürür. Xüsusilə Kvarxeli kəndində yaşayanlara daha çox ziyan dəyib. Bu kənddə məhsulun 80 faizi məhv olub. Şahidlərin sözlərinə görə, 10 dəqiqə davam edən dolu o qədər güclü və iri olub ki, üzümlüklər, ağaclar, demək olar ki, tamamilə məhv olub.

Xoşbəxtlikdən təbii fəlakət nəticəsində insan itkisi qeydə alınmayıb. Yaradılan xüsusi komissiya dəyən ziyanın miqdarını müəyyən edir.

Tarix
2016.06.16 / 19:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla