Yuxarı

Əliyevin qarşımıza qoyduğu vəzifələr... - Qaraqoyunlu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqi hansı ölkədə yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar, o cümlədən Azərbaycanı sevənlər üçün əsl fəaliyyət proqramıdır. Dövlət başçısının prinsipial məsələlərə dair qətiyyətli mövqeyi bütün iştirakçılar üçün qürurverici oldu. Bu nitq məsuliyyətimizi daha da artırdı.

Bu fikirləri İstanbuldakı Azərbaycan-Türkiyə Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu qurultayla bağlı təəssüratlarını AzərTac-la bölüşərkən deyib. "Bu qurultay əvvəlkilərdən nə ilə fərqləndi" sualını cavablandıran S.Qaraqoyunlu deyib: "Əlbəttə, IV qurultayda əvvəlkilərin davamı olaraq dünya azərbaycanlılarının ölkəmiz və xalqımız ətrafında daha sıx birləşməsi üçün daha konkret məsələlər müzakirə edildi və tarixi qərarlar qəbul olundu. Bu qərarlar xaricdə ölkəmizi təmsil edən hər bir azərbaycanlı qarşısında konkret vəzifələr qoyur".

İSTAD-ın sədri Prezident İlham Əliyevin Sərəncamı ilə layiq görüldüyü "Tərəqqi" medalında Azərbaycan uğrunda çalışan hər bir şəxsin payı olduğunu diqqətə çatdırıb. Yüksək təltifə görə dövlətimizin başçısına təşəkkür edən S.Qaraqoyunlu deyib ki, bu, Türkiyədə Azərbaycanı ləyaqətlə təmsil edən hər kəsin əməyinə verilən qiymətdir.

Tarix
2016.06.16 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla