Yuxarı

İtaliya mediası XİN rəhbərinin Bakı səfərindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 13-də Roma şəhərində keçirilmiş İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 4-cü iclası və biznes forum İtaliya kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Axar.az xəbər verir ki, İtaliyanın "ANSA" dövlət xəbər agentliyi, "Agenzia Nova", "Il Velino", "Aska News" agentlikləri, "Notizie Geopolitiche" analitik-informasiya portalı, habelə digər kütləvi informasiya vasitələri tədbirlə bağlı ətraflı məlumatlar yayıblar.

İtaliya KİV-i tədbirdəki çıxışlara, xüsusən də xarici işlər naziri Paulo Centiloni, Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, xarici işlər nazirinin müavini Benedetto della Vedovanın çıxışlarından fikirlərə yer verib. Yaxın aylarda İtaliya xarici işlər nazirinin Azərbaycana səfər edəcəyi, iki ölkə arasında bütün sahələrdə sıx əlaqələrin və tərəfdaşlığın mövcud olması, Azərbaycanın Avropa ilə Asiya arasında körpü kimi mühüm geosiyasi coğrafi mövqe tutması, TAP layihəsinin ölkələr arasındakı münasibətlərə yeni dinamika gətirəcəyi diqqətə çatdırılır. İtaliya tərəfinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinə münasibətdə mövqeyi, eləcə də İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in hazırkı sədri olan Almaniyanın münaqişənin həlli istiqamətində səylərini dəstəklədiyi, 2018-ci il üzrə ATƏT-in sədri seçkilərində uğur qazanacağı halda İtaliyanın da bu istiqamətdə öz səylərini əsirgəməyəcəyi bildirilir. Məlumatlarda Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Natiq Əliyevin də fikirlərinə yer verilir.

Tarix
2016.06.17 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla