Yuxarı

İmranı şikəst edən sahibkarla razılaşma olub?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz Rayon Məhkəməsinin İmran Cəfərzadənin ayağını itirməsinə görə kəsdiyi 70 min manat mənəvi təzminat qərarının icra olunmaması barədə məlumatlar doğru deyil.

Bu sözləri Axar.az-a Xaçmaz Rayon Məhkəməsinin icra şöbəsinin müdiri Oqtay adlı şəxs deyib.

Onun sözlərinə görə, zərərçəkənin ailəsi ilə "Nabran Village Holidey" istirahət mərkəzinin rəhbərliyi arasında razılıq əldə olunub. Oqtay müəllim, "hansı razılıqdan söhbət gedir?", - sualını isə cavabsız qoyub.

İmran Cəfərzadənin anası Nuridə Cəfərova isə Axar.az-a şöbə müdirinin sözlərinin doğru olmadığını, sahibkarla heç bir razılaşma olmadığını söyləyib.

Xatırladaq ki, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə 2013-cü il iyulun 21-də keçmiş deputat Nizami İsgəndərova məxsus "Nabran Holidey Village" istirahət mərkəzində "Akvapark" adlanan qurğunun işlək vəziyyətə gətirilməsinə görə ayaqlarını itirib. Təqsirləndirilən Əhmədov Ramiz Süleyman oğlu 2 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il, Firdovsi İbrahimov, Rəşad Zərbəliyev və Aslan Hacıməmmədkərimov hər biri 4 il müddətində azadlıqdan məhrum edilib.

Məhkəmə İmran Cəfərzadənin ailəsinə 70 min manat mənəvi təzminat ödənilməsi barədə qərar çıxarıb.

Tarix
2016.06.17 / 08:45
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalanır

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla