Yuxarı

Bakıda Formula-1-ə start verilir - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda ilk dəfə Formula-1 üzrə Avropa Qran Prisinə start verilir. Paytaxtımızda indiyədək eşitmədiyimiz uğultu səsləri eşidiləcək.

Publika.az xəbər verir ki, Avropa Qran Prisi builki Formula 1 təqvimində 21 yarış arasında 8-cisidir.

Paytaxtın mərkəzi küçələrində təşkil olunacaq Qran Pridə avtomobillər Hökumət evinin qarşısından Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq. Onların arasında 5 dünya çempionu - Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton da var. Alonso həm də Avropa Qran Prisinin səfiridir.

Proqrama əsasən, sabah pilotlar yarış məkanını praktiki sınaqdan çıxaracaqlar. İyunun 18-də saat 17:00-da təsnifat yarışı olacaq. İyunun 19-da eyni saatda isə Avropa Qran Prisinin əsas yarışı baş tutacaq.

Qeyd edək ki, Bakıdakı Avropa Qran Prisi ən sürətli yarış kimi tarixə düşə bilər. Bu, Azneft dairəsindən Hökumət evi istiqamətində olan 2,1 km-lik hissədə pilotlardan birinin sürəti 340 km/saata yüksəldəcəyi halda baş verəcək. İlk 7 Qran Pridən sonra almaniyalı Niko Rosberq ("Mercedes") pilotların mübarizəsində 116 xalla liderdir. Onu 107 xalla böyük britaniyalı komanda yoldaşı Lüis Hemilton və 78 xalla daha bir almaniyalı Sebastyan Fettel ("Ferrari") izləyir. Avtomobillərin sıralamasında isə "Mercedes" 223 xalla 1-ci, "Ferrari" 147 xalla 2-ci, "Red Bull" isə 130 xalla 3-cüdür.

Tarix
2016.06.17 / 10:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla