Yuxarı

Ruslar Bakıya axışır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışlarını izləmək üçün 37 ölkədən bilet alınıb.

Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, Formula-1 yarışlarını izləmək üçün xarici ölkələr arasında daha çox bilet alan ölkə Rusiyadır. Ən çox bilet alın ikinci ölkə isə Böyük Britaniyadır.

Avropa ölkələri, Ukrayna, Niderland, ərəb ölkələrinin vətəndaşları da ən çox bilet alan ölkələr sırasındadır:

"Bundan başqa, Formula-1-in bütün komandaları, 22 pilot, 400-ə yaxın media nümayəndəsi artıq buradadır. Bu gün artıq ilk test yürüşünə başlayırıq".

Qeyd edək ki, bu gün Bakıda Formula-1 üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start verilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Vettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir Formula-1 treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Tarix
2016.06.17 / 11:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla