Yuxarı

Hirslənib, soyuq su içsin, qayıtsın işinə - ANS

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar jurnalist Ləman Ələşrəfqızının işdən getməsinə ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov aydınlıq gətirib.

Publika.az-a açıqlamasında müşavir deyib: "Mən bu saat ona zəng edirəm ki, məsələni aydınlaşdırım, amma telefona cavab vermir. Adam dalaşar da, barışar da. Amma bir xırda məsələnin üstündə başqa yaxşılıqların üstünə qara "kraska" çəkməz. Keçən il bütün kollektiv yığışıb xahiş etdi ki, ona Əməkdar jurnalist adı verilsin. Bunu kim elədi? Əlbəttə ANS. İndi bu yaxşılıqların qabağında gedib ağzına gələni yazmaq düzgün deyil axı".

"L.Əliəşrəfqızı yenidən ANS-ə qayıdarsa, işinə bərpa olunacaqmı?" sualına M.Məmmədovun cavabı belə olub: "Hirslənib, soyuq su içsin, qayıtsın işinə".

Qeyd edək ki, jurnalist işdən getməsi barədə sosial şəbəkədə yazıb və ANS rəhbərliyini ittiham edib: "20 ildir jurnalistikadayam. Şükür Allaha, bu sahədə fəaliyyətim göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. "Zərdabi" mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə "sağ olun" deyirəm, görməzdən gələnləri vicdanları ilə baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Hər şeydən çox yoruldum - haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!"

Tarix
2016.06.17 / 11:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla