Yuxarı

İşsizlərə şad xəbər: pul veriləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "İşsizlik sığortası haqqında" qanun layihəsi hazırlayıb.

Xəzər Xəbər-in verdiyi məlumata görə, layihə bütün əlaqədar dövlət qurumları ilə razılaşdırılıb. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib ki, layihədə əsas məsələlərdən biri işsizlik sığortasının məbləğinin müəyyən edilməsidir. Yeni qanun layihəsinə əsasən, işsizliyə görə sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1%-i qədər olacaq. Bunun 0,5%-ni işçi özü, digər 0,5%-ni isə işə götürən ödəyəcək ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.

Sığorta ödənişinin məbləği işçinin təcrübəsindən və işsiz qaldığı müddətdən asılı olacaq. Yəni işçinin təcrübəsi çox olarsa, sığorta ödənişi də yüksək olacaq, işsiz qaldığı müddət artdıqca isə, əksinə, ödəniş azalacaq. Sığorta üçün ilk dəfə müraciət edən şəxs ilk iki ayda ona təyin olunan aylıq ödənişi 100% alacaq, növbəti iki ayda bu məbləğin 80%-ni, daha sonrakı iki ayda isə 70%-ni alacaq.

İşsiz qalan şəxs bu müddət ərzində iş tapa bilməzsə və yenidən sığorta ödənişi üçün müraciət edərsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək.

Tarix
2016.06.17 / 12:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla