Yuxarı

Həkim terroru: Hamilə qadın necə öldürüldü?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 gün öncə həkim səhvi ucbatından vəfat edən 27 yaşlı Günay Həşimovanın ölümü ilə bağlı təfərrüat bəlli olub.

Mərhumənin bacısı Günel Həşimova Axar.az-a açıqlamasında bacısının həkimlərin qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, ötən ayın 18-də bacısını qarnında möhkəm ağrıları olduğu üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Analizlər verildikdən sonra G.Həşimovanın böyrəyində duz kristallarının olduğu və bunun sidik kanallarına düşdüyü bildirilib. Qəbələdə iki gün müalicə olunduqdan sonra həkimlər vaxtından öncə doğuş təhlükəsi diaqnozu qoyaraq G.Həşimovanı Şəki Regional Perinatal Mərkəzinə göndəriblər.

Şəkidə növbəti analizlərdən sonra yenə də xəstənin böyrəyində duzun olduğu diaqnozu qoyulub. Diaqnozu dəqiqləşdirmək üçün isə xəstəni Şəkidə fəaliyyət göstərən İnvitro Müalicə Diaqnostika Mərkəzinə növbəti dəfə analizə göndəriblər.

Bacısının sözlərinə görə, bu müddət ərzində G.Həşimovanın belində, qarnının altında dəhşətli dərəcədə ağrılar olub və qusmalar dayanmayıb:

"Burada həkimlər dedilər ki, bacınızın qarnına soyuq olub, qusmalar və ağrılar buna görədir. Bacıma "omez" dərmanı atdırırdılar. Bacım doğum təhlükəsi olmasına baxmayaraq, burada qalmaq istəmədi və həkim razılığı ilə evə buraxıldı. Evə gələndən 2-3 saat sonra ağrılar yenidən başladı. Ağzından palçıq qusurdu. Təzədən Şəkiyə çatdırdılar. Vəziyyətinin ağır olduğunu görüb, yenidən analiz götürdülər. Atam Bakıya gətirmək istəyirdi ki, ağrılar kəskinləşdi. Sən demə, bu müddət ərzində appendisitin dağılmasından yaranan irin nəticəsində uşaq ana bətnində tələf olub və bacımı səhv diaqnozla müalicə ediblər. Uşaq ölü doğulandan sonra bacımın qarnı şişməyə başladı və bu zaman həkimlər təşvişə düşdülər.

Tibb elmləri üzrə fəlsəfə doktoru Ruziya Hüseynova qışqıraraq üstümüzə düşdü ki, bacımda talassemiya xəstəliyi olub və biz bunu gizlətmişik. Qərara gəldilər ki, xəstənin qarnı açılsın. Qarnı yaran cərrahdan eşitdim ki, 4-5 gün öncə appendisit partlayıb və bütün orqanlar zəhərlənib. Bacımın qarnından 4 litr çirk yığıldı, bütün xəstəxananı üfunət iyi bürümüşdü. Sonra ağır vəziyyətdə oksigenə bağladılar və bacımı Bakıya çatdırdılar. Bütün bunlara baxmayaraq, Şəki Regional Perinatal Mərkəzi hadisə ilə bağlı mediaya yalandan məlumat verərək, bacımın qeysəriyyə doğuşu etdiyini deyiblər".

Günay Həşimova 3 həftə ərzində Bakıda Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında müalicə alıb. Burada xəstənin yaxınlarına bildiriblər ki, G.Həşimovanın bütün orqanları zədələnib.

Günay Həşimova iyunun 14-də burada dünyasını dəyişib.

Tarix
2016.06.17 / 14:07
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla