Yuxarı

Türkiyə məğlub oldu - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:03

Avro-2016-nın E qrupunun ikinci turunda İtaliya millisi İsveç yığması ilə qarşılaşır.

Axar.az xəbər verir ki, görüş Fransanın Tuluz şəhərindəki "Municipal" stadionunda baş tutur.

18:47

İtaliya millisinin oyunçusu Eder matçın 88-ci dəqiqəsində komandasını hesabda irəli çıxardı: 1-0.

19:02

İtaliya millisi İsveç üzərində 1-0 hesablı qələbə əldə etdi. Ardıcıl 2-ci qələbəsini qazanan İtaliya yığması 1/8 finala vəsiqəni təmin etdi.

20:02

Xorvatiya yığması Çexiya millisi ilə qarşılaşır. Görüşdə hesab açılmayıb.

20:43

Xorvatiya matçın 37-ci dəqiqəsində İvan Perişiçin qolu ilə hesabda önə keçdi: 1-0.

21:17

İvan Rakitiç matçın 58-ci dəqiqəsində Xorvatiyanı 2-ci qolunu Çexiyanın qapısından keçirdi: 2-0.

21:40

Çexiyanın heyətində Şkoda matçın 76-cı dəqiqəsində hesab arasındakı fərqi azaltdı: 2-1.

21:53

Çexiya millisi matçın 90+4-cü dəqiqəsində penalti zərbəsindən hesabı bərabərləşdirdi: 2-2.

22:06

Çexiya-Xorvatiya görüşü 2-2 hesabı ilə yekunlaşdı. Bakı vaxtı ilə saat 23:00-da bu qrupun digər matçında İspaniya-Türkiyə milliləri qarşılaşacaq.

23:00

Türkiyə millisi 2-ci matçında İspaniya qarşısına çıxır. Türkiyəyə qrupdakı vəziyyətini düzəltmək üçün bu görüşdə xal və ya xallar lazımdır.

23:34

Morata matçın 35-ci dəqiqəsində Türkiyənin qapısından topu keçirdi: 1-0.

23:37

İspaniyanın hücumçusu Nolito 2-ci topu Türkiyənin qapısıdan keçirdi: 2-0.

00:12

Morata 48-ci dəqiqədə özünün 2-ci, komandasının 3-cü qolunu vurdu: 3-0.

00:54

Türkiyə İspaniya millisi qarşısında 3-0 hesablı ağır məğlubiyyət aldı. Türkiyənin qrupdan çıxmaq şansı nəzəri olaraq qalır. İspaniya isə bu qələbə ilə xalını 6-ya yüksəldərək sonuncu turun matçından asılı olmayaraq 1/8 finala adını yazdırmağı bacardı.

Tarix
2016.06.18 / 00:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla