Yuxarı

İlham Əliyevdən 4 önəmli sərəncam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş"ə əsasən qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Komissiyanın üzvləri:

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Tofiq Abdullayev - Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Qətər Dövləti tərəfinə müvafiq bildiriş göndərsin.

***

İlham Əliyev G.H.Məmmədovanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gülçöhrə Hüseyn qızı Məmmədova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

***

İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Ağayev Asəf Mirzə oğlu

Hacıyev Arif Müseyib oğlu

Haqverdiyeva Tahirə Axi qızı

İmaməliyeva Cəmilə Nüsrət qızı

Quliyev Sabir Əli oğlu

Məmmədov Məhəbbət Aşır oğlu

Nağıyev Nizami Həsən oğlu

Sadıkov Polad Məmmədoviç

Şirinzadə İradə Nüsrət qızı.

***

İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim" fəxri adı verilsin:

Əliyev Rafiq Musa oğlu

Əliyev Surxay Süleyman oğlu

Hacıyev Muxlis Əhməd oğlu

İsmayılov Şahin Məmməd oğlu

Qəhrəmanlı Yaşar Vəli oğlu

Qəniyeva Saçlı Abdulxaq qızı

Qəribov Rahad Tanrıverdi oğlu

Məmmədov Hikmət Süleyman oğlu

Musayev Zakir Səməd oğlu

Səmədov Yaşar Hüseyn oğlu

Tağıyeva Validə Abbasovna

Vahabov Nadir Eyub oğlu

Zəkiyeva Şükufə Böyük Ağa qızı.

Tarix
2016.06.17 / 18:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla