Yuxarı

Argentina mediası Bakıdan yazdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Argentinadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin "Diario Jornada" xəbər portalında "Bakı - Formula-1-in yeni ünvanı" adlı məqalə yayılıb.

Axar.az xəbər verir ki, məqalədə bildirilir: 1990-cı illərdən etibarən Formula-1 təqviminə bir sıra yeni şəhərlər əlavə olunub, lakin iyunun 17-də bu yarışların tarixində yeni səhifə açılır və ilk dəfə olaraq Bakı şəhəri həmin yarışlara ev sahibliyi edir. Məqalədə Bakı Şəhər Halqası barədə məlumat verilir, 20 döngəsi olan həmin halqanın yarış təqvimində genişliyinə görə ikinci olduğu diqqətə çatdırılır.

Müəllif, həmçinin Bakı şəhəri haqqında məlumat verir, şəhərin qədim hissəsində yerləşən Şirvanşahlar sarayı və Qız qalasının UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi, Bakıda "Avroviziya" musiqi yarışmasının, birinci Avropa Oyunlarının keçirildiyi, paytaxtın 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcəyi qeyd olunur.

Məqaləyə, həmçinin Formula-3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin yarış maşınında Bakı Şəhər Halqasında həyata keçirdiyi sınaq yürüşünü əks etdirən video əlavə olunub.

Tarix
2016.06.17 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla