Yuxarı

Horner: "Bakı trası çempionatın təqvimində ən uzunudur"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Red Bull Racing" komandasının rəhbəri Kristian Horner Bakıda birinci test yürüşü zamanı yeni şəhər trası haqqında ilk təəssüratını bölüşüb və digər iki mövzuya da toxunub.

Axar.az xəbər verir ki, Kristian Horner Maks Ferstappenin yarımçıq qalmış məşqi ilə bağlı da ilk şərhi verib: "Biz onu boksa çağırdıq ki, tüstünün nədən yarandığını aydınlaşdıraq və indi aydındır ki, mühərrikdə yağ axması aşkar edilib. İstənilən halda, hər şeyi daha dəqiq aydınlaşdırmaq üçün sürət qutusunu tez sökmək lazım gəlir. Ümidvaram ki, biz hər şeyi yığmağı çatdıracağıq və Maks sessiyanın sonunda trasa qayıdacaq. Lakin biz hələlik qutunu çıxarmırıq, bunsuz hadisənin səbəbini dəqiq müəyyən etmək olmur. Vəziyyət ideal deyil, lakin ümid edirik ki, Ferstappen hələ bir neçə dövrə vurmağı çatdıra biləcək, sonra isə ikinci sessiyada əvəzini çıxmağa çalışacaq.

Heç bir simulyator trasda ideal işi əvəz edə bilməz və yalnız məşqlər vaxtı baryerə nə dərəcədə yaxın sürməyin mümkünlüyünü başa düşmək, asfalta ilişmənin səviyyəsini qiymətləndirmək mümkün olar. Görürük ki, daha çox dairə keçmiş yürüşçülər arxayınlıqla sürəti artırırlar".

O deyib: "Trasın maşınımıza nə dərəcədə uyğun gəldiyini söyləmək hələ ki, çətindir, lakin birmənalı olaraq, bu düz yol çempionatın təqvimində ən uzunudur. Çünki biz "Renault" güc qurğusunun modernləşdirilmiş versiyası ilə işləyirik. Ümid edirik ki, kvalifikasiyada liderlərdən çox da geri qalmayacağıq".

Dünən Daniel Rikkardo göstərdi ki, 2018-ci ilin sonunadək "Red Bull Racing" ilə əməkdaşlığı davam etdirəcək. Bunun əvvəlcədən gözlənildiyini bildirən Horner deyib: "Heç bir yeni müqavilə bağlamaq lazım deyil, çünki məlum olduğu kimi, Daniel vaxtilə "Red Bull" ilə beşillik müqavilə bağlayıb, hazırda müqavilənin üçüncü ilidir, qarşıda ən azı iki il var. Beləliklə, hər şey plana uyğun gedir. Onun başqa komandaya keçmək nəyinə gərək? O, "Red Bull Racing" komandasının hansı istiqamətdə inkişaf etdiyini görür. Biz tərəqqi edirik, bizim güclü komandamız var, güc qurğuları daha güclü olacaq, növbəti ildə isə bizi texniki reqlamentdə güclü dəyişiklik gözləyir. Bunun ciddi uğur qazanmağımıza kömək göstərəcəyini iddia etmək olmaz, lakin biz də başqaları kimi buna ümid bəsləyirik".

Tarix
2016.06.17 / 21:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla