Yuxarı

Bakı çox böyüyüb, ancaq... - Avronyus

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avronyus" telekanalı növbəti dəfə Azərbaycan haqqında veriliş yayımlayıb. Telekanal "Açıqcalar" silsiləsinin növbəti buraxılışını paytaxt Bakının ayrılmaz hissəsi, turistlərin diqqətini hər zaman özünə cəlb edən İçərişəhərə həsr edib.

Axar.az xəbər verir ki, "Avronyus"un müxbiri Simus Kerni reportajı bu sözlərlə başlayır: "Şəhər müasir tikililəri ilə sürətlə inkişaf edir, lakin İçərişəhər xarici turistlər və yerli sakinlər arasında populyarlığını itirmir".

Müəllif Avropa tamaşaçısının diqqətinə çatdırır ki, İçərişəhərdəki tikililər ən azı XII əsrdə inşa edilib və onlar müxtəlif mədəni təsirlərə məruz qalıb. Lakin ən maraqlı məqam burada yerləşən Qız qalasının hansı məqsəd üçün istifadə olunması ilə bağlıdır. Bu qala gözətçi məntəqəsi, yaxud məbəd olub? Ekspertlərin bununla bağlı fərqli baxışları var.

Müəllif bildirir ki, İçərişəhərdə Qərb və Şərq memarlıq üslublarının vəhdətini görmək olar. Tez-tez açıq muzey də adlandırılan qədim İçərişəhər 2000-ci ildə UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilib.

Jurnalist reportajını bu sözlərlə yekunlaşdırır: "Bakı çox böyüyüb, lakin çoxları deyir ki, şəhərin bu tarixi hissəsi hər zaman paytaxtın mərkəzi olaraq qalacaq".

Tarix
2016.06.18 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla