Yuxarı

Bakının Rusiyada Qarabağla bağlı – İki şərti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaranmış situasiya artıq Qarabağ problemi ilə bağlı radikal, köklü dəyişikliklər tələb edir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat Azərbaycanın Sankt-Peterburq görüşünə böyük önəm verdiyini bildirib:

"Putinin təşəbbüsü ilə Qarabağın tənzimlənməsi üzrə üçtərəfli formatda görüş böyük siyasi əhəmiyyət daşıyır. Minsk Qrupunun digər üzvlərindən fərqli olaraq, Rusiya regionla çox sıx tarixi, iqtisadi və mənəvi bağlara sahibdir. Rusiyanın bu problemin həllində resursları daha böyükdür. Yaranmış situasiya artıq Qarabağ problemi ilə bağlı radikal, köklü dəyişikliklər tələb edir. 30 ilə yaxın müddətdə status-kovunun saxlanması problemin həllinə və regionun inkişafına mənfi təsir göstərdi. Ermənistanın qatı millətçilik siyasəti, beynəlxalq hüququ saymaması nəinki Qarabağ problemini, ilk növbədə bu ölkəni çətinliklər qarşısında qoyur".

Millət vəkilini sözlərinə görə, Azərbaycan milli maraqlarına cavab verməyən, ərazi bütövlüyümüzü şübhə altına atan heç bir məsələyə razılıq verməyəcək:

"Kazan, Madrid prinsipləri və digər təkliflər müzakirə oluna bilər, ancaq son nəticədə iki məsələ öz əksini tapmalıdır: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və qoşunlarını işğal edilmiş ərazilərimizdən çıxarmalıdır. İkinci şərtin mərhələ və ya hissə-hissə şəklində olması isə sonranın işidir. Dövlət başçısı bütün rəsmi açıqlamalarında Azərbaycanın bu mövqeyini ortaya qoyub".

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Sankt-Peterburqda üçtərəfli görüşünün baş tutacağı gözlənilir.

Tarix
2016.06.19 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla