Yuxarı

Azərbaycanda köhnə maşınlar bahalaşır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın avtomobil bazarında yaranan passiv vəziyyət davam etməkdədir. Dəyişən isə qiymətlərdir.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Ramil Osmanlı Modern.az-a deyib.

Ekspertin sözlərinə görə, qiymət dəyişikliyi əsasən, köhnə avtomobillər üzrə müşahidə edilir:

"Hazırda köhnə avtomobillər üzrə qiymətlərin müəyyən qədər bahalaşması hiss olunur. Bu da idxalın kəskin azalması, təklifə çıxarılan avtonəqliyyat vasitələrinin sayının azalması ilə bağlıdır. Elə buna görə də, istismarda olan nəqliyyat vasitələrinin qiymətində təqribən 2000-2500, bahalı avtomobillərdə bir qədər çox artım qeydə alınıb. Bütövlükdə vəziyyət kritikdir. Dinamikanın aşağı düşməsi müşahidə edilir ki, bu da özünü əsasən idxalda göstərir. Əvvəlki illərlə müqayisə zamanı idxalın 10 dəfəyə yaxın azaldığını deyə bilərik. Bu gün həm də vətəndaşın əlində kifayət qədər vəsait yoxdur deyə, avtomobilə tələb kəskin aşağı düşüb. İdxalın azalma səbəblərindən biri də məhz "vətəndaşda pul yoxdur" anlayışıdır".

R.Osmanlı bildirib ki, hazırda şəxsi avtomobillərdən istifadədə azalmalar müşahidə olunur:

"Həmçinin yanacaq sərfiyyatının azalması müşahidə olunmaqdadır. Bütün bunlar avtonəqliyyat vasitələrindən istifadənin ümumilikdə azaldığını deməyə əsas verir. Ötən illərdə olduğu kimi, hələ də "Mersedes-Benz" daha çox müraciət edilən marka olaraq liderliyi qoruyub saxlayır. Bu il yanvarın əvvəlində ölkədə minik avtomobillərinin sayı təxminən 1 milyon 130 min olub. Bunlardan 192 min 685 ədədi "Mercedes-Benz"dir. Onun ardınca isə statistika son 2-3 ildə "Hunday", "Nissan", KİA və "Toyota" avtomarkalarının xeyrinə dəyişməkdədir. Bu markaların yeni modellərinə maraq artmaqdadır".

Tarix
2016.06.21 / 14:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla